az ru en
Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

Xİdmət - Müsahİbəyə Нazırlıq

Təklİflərİmİz

  • Vakant vəzifənin müsahibədə özünü yaxşıların yaxşısı kimi təqdim edən və buna işəgötürəndə əminlik, inam yaratmağı bacaran namizədlər tərəfindən tutulması hər kəsə məlumdur. Müsahibəyə hazırlıq xidməti namizədlərin müsahibə zamanı özlərini müvafiq səviyyədə təqdim etmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır.
  •  Müsahibəyə hazırlıq xidməti GDG Professionals şirkətinin HR üzrə peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir. Bu xidmət namizədlərə standart və qeyri-standart müsahibə suallarına hazır olmaq, müvafiq geyim seçimi, özünü təqdim etmə, vücud dilini idarə etmə, həyəcanı  aradan qaldırmaq  yollarını öyrədir. Müsahibəyə hazırlıq xidməti iki mərhələ : iki müsahibədən ibarətdir. Hər müsahibənin müddəti 30-40 dəqiqə təşkil edir.
  • İlkin mərhələdə bizim mütəxəssislər namizədlə müsahibə keçirir. Müsahibə zamanı namizədin zəif tərəfləri müəyyənləşdirilir və namizədə bu barədə məlumat verilir, onların aradan qaldırılması üzrə ona məsləhətlər və materiallar təqdim olunur. İkinci mərhələdə namizəd yenidən müsahibəyə dəvət edilir, 1-ci mərhələdən sonra inkişaf və irəliləmə olub olmadığı yoxlanılır, müqayisə aparılır. Ehtiyac olarsa namizəd 3-cü dəfə müsahibəyə dəvət olunur.
  •  Müsahibəyə hazırlıq xidmətinin məbləği fərdi 30 AZN, 2 nəfərlik qrupda hər namizəd üçün 20 AZN, 3 nəfərlik qrupda hər namizəd üçün 15 AZN-dir.

Öncədən hazır olun!

Yazılın