Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

Dərc Olunma Tarixi: Dekabr 26, 2018
Vakansİya - Baş Aqronom, ID: V002962
İşəgötürən: GDG Professionals

Paylaşmaq:

Әsas Məlumatlar

Sənayə/Kənd təsərrüfatı/İstehsalat
Kənd təsərrüfatı

Baş Aqronom

Azərbaycan

Bakı

Yanvar 25, 2019

İş Şərtlərİ


Razılaşma ilə

6 gün

• Bitkiləri və onların problemlərini (xəstəliklər, zərərvericilər və s.) müəyyənləşdirmək

• Müxtəlif pomidor növlərinin çoxaldılması, becərilməsi, yığılması və qablaşdırılması ilə məşğul olan işçilərin fəaliyyətini planlaşdırmaq, təşkil etmək, idarə etmək, nəzarət etmək və / və ya koordinasiya etmək

• Budama, yarpaqların təmizlənməsi, seyrəkləşdirmə, sulama və zəzərvericilərə nəzarət da daxil olmaqla məhsul yetişdirmə üsulları üzrə yeni işçiləri təlimatlandırmaq

• Sərəncamınızda olan istixana heyətini idarə etmək

• Onların fəaliyyətinə nəzarət etmək və yetişdirilən bitkilər üzrə onlara müvafiq üsulların öyrədilməsi

• Əməyin səmərəliliyini izləmək və şirkətin məqsədlərinə çatmaq üçün işçi heyətində müvafiq dəyişikliklər etmək

• Əmək keyfiyyətinin şirkət standartlarına cavab verməsini təmin etmək və zəif icraçıları aktiv şəkildə idarə etmək

• Zərərvericilərə və xəstəlik səviyyələrinə nəzarət etmək üçün Bioloji nəzarət şöbəsini koordinasiya etmək

• Bütün təhlükəsizlik siyasətlərinə (işçilərin təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və s.), o cümlədən məhsulun ciddi gigyena normativlərinə əməl olunmasını və tətbiqini təmin etmək

• Məhsulun artımı üzrə məlumatları (həftəlik məhsul hesabatı, iqlim hesabatı, meyvə yetişdirilməsi hesabatı, istehsal və s.) qeyd etmək üçün proqram yaratmaq və saxlamaq

• Məhsul xərclərinin və məhsuldarlığın büdcəsini hazırlamaq və proqnozlaşdırmaq

Namİzədə Tələblər


• Aqrar biznes və ya aqrar elm və ya digər müvafiq sahə( kənd təsərrüfatı yönümlü) üzrə bakalavr dərəcəsinə üstünlük verilir

• Bağçılıq, kənd təsərrüfatı üzrə 5 ildən çox kənd təsərrüfatı sahəsində iş təcrübəsi

• Iki dilli (ingilis/türk) olmaq arzu olunandır ancaq mütləq deyil

• Pomidor yetişdirilməsi üzrə tezis və ya kurs işinin olması üstün cəhətdir

• Bitkiləri və onların problemlərini (xəstəliklər, zərərvericilər) müəyyən etmək bacarığı

• Müxtəlif pomidor növlərinin çoxaldılması, becərilməsi, yığılması və qablaşdırılması ilə məşğul olan işçilərin fəaliyyətin planlaşdırmaq, təşkil etmək, idarə etmək, nəzarət etmək və / və ya koordinasiya etmək

• Bütün səviyyələrdə olan işçilərlə və rəhbərliklə effektiv ünsiyyət, güclü danışıq və analitik bacarıqlar

• Məhsul xərclərinin və məhsuldarlığın büdcəsinin hazırlamaq və proqnozlaşdırmaq

• Excel və Word-də işləmək üçün kompüter bilikləri və istixana kompüter proqramı olan PRIVA-dan istifadə bacarığı

• Xaricdə uzun müddət işləmək və yaşamaq istəyi.(xarici ölkədən olan namizədlər üçün)

Xahiş edirik, mövzu yerinə elanın adını yazaraq CV-nizi lala@gdg.az elektron ünvanına göndərəsiniz.
Tələb Olunmur

"Vakansiyaya müraciət edin" düyməsini basmaqla, CV-niz avtomatik olaraq şirkətə göndərilir
Vakansiyaya müraciət edin