az ru en
Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

HR Mәrkәzi - Beyin vә davranış

Siz özünüzü hansı kateqoriyaya aid edirsiniz?

Psixoloqların müәyyәn etdiyinә görә biz digәrlәrinә münasibәtimizdә vә cavablarımızda aşağıdakı 3 formadan birinә görә hәrәkәt edirik.     

Aqressiv davranış, ünsiyyәt - İnsanın öz fikirlәrini vә hisslәrini kobud formada ifadә etmәsidir. Aqressiv olmaqla  insanlar öz istәdiklәrini, ehtiyaclarını vә hüquqlarını digәrlәrindәn yüksәkdә tutur vә özünә görә digәr insan(lar)ın hüquqlarını pozur. Bu formanı seçәnlәr digәr insanları özlәrini uduzmuş, kiçik, bacarıqsız, dәyәrsiz vә hәtta axmaq kimi hiss etmәyә sövq edirlәr. 
   

Müti davranış, ünsiyyәt - İnsanın ünsiyyәt zamanı özgәlәrә görә öz hüquqlarını – fikirlәrini, ideyalarını qurban vermәsi, onlardan vaz keçmәsidir.  Bu ünsiyyәt formasını seçәn insanlar nә düşündüklәrini vә hiss etdiklәrini bildirmәkdәnsә, mәmnun vә rahat olmadıqları vәziyyәtә dözmәyi, qәbul etmәyi seçirlәr.
     

Әminlik ifadә edәn davranış, ünsiyyәt – İnsanın öz fikirlәrini, inandıqlarını, hisslәrini müvafiq, düzgün formada ifadә etmәsidir. Bu o demәkdir ki, insanın hәm özünә, hәm dә özgәlәrinә hörmәti var.  Әminlik insanların öz dediklәrini, fikirlәrini digәrlәrinin hüquqlarını pozmadan düzgün ifadә etmәsidir. Әminlik insanın özü vә digәrlәri ilә vicdanlı olması, öz fikirlәrini, hisslәrini, düşündüyünü aydın söylәmәsi, bildirmәsidir. Bu elә formada edilir ki, hәmin insan digәrlәrinin hüquqlarını tapdalamır. Bu diktatorluğu deyil, özündәn әminlik, özünә inam, müsbәt münasibәti әks etdirir. Özünә әmin şәxslәr öz fikirlәrini bildirmәkdә möhkәm, qәrarlı olurlar. Bu bәzәn yanlış olaraq aqressivlik kimi qәbul edilir. Özünә әmin davranışa, ünsiyyәtә әks istiqamәt, mane olmaq, tәpki göstәrmәk çәtindir vә ondan bacarıqla vә davamlı istifadә etdikdә, o, digәrlәrini dә  özünә әminliliyә, inamlılığa cәlb edir.