az ru en
Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

HR Mәrkәzi - Strateji idarəetmə

Müvәffәqiyyәtli olmaq, böyük uğurlar qazanmaq istәyәn menecer strateji olmalıdır. Strategiya nәdir?
Strategiya mәqsәd vә istiqamәtin davamlı müәyyәn edilmәsi prosesi kimi müәyyәn edilir. Onun әsas mәqsәdi tәşkilatın bacarıq vә resurslarını mütәrәqqi yolla xarici mühitdә mövcud olan imkanlara uyğunlaşdırmaq vә strategiyanın müxtәlif aspektlәrinin bir-biri ilә qarşılıqlı әlaqәdә uzlaşdığına әmin olmaqdır.
Rozabes Moss Kanter dediyi kimi strateji idarәçiliyin әsas mәqsәdi gәlәcәk üçün hazırlanan hal-hazırki fәaliyyәtlәri müәyyәn etmәk vә dәyişikliklәr üçün mexanizmlәr tәşkil etmәkdir. Onların әsas marağı üzlәşdiklәri daha böyük  mәsәlәlәri müәyyәn etmәk, bu mәsәlәlәr ilә әlaqәdar qәbul etmәli olduqları ümumi istiqamәtlәr barәdә qәrara gәlmәk vә gәlәcәk biznes mәqsәdlәrә nail olmaqdır. Onlar dar vә ya mәhdud fikirlәri qәbul etmirlәr.Strateji idarәetmә hәm mәqsәdlәr, hәm dә vәsaitlәr ilә mәşğul olur.Strateji menecment hәm bir neçә ildәn sonra nәyinsә hansı vәziyyәtdә olacağı barәdә fikri bildirir, hәm dә hәmin fikrin hәyata keçmәsinin nә dәrәcәdә gözlәnildiyini göstәrir. Strateji idarәçilik qurumun hansı istiqamәtә doğru gedәcәyi barәdә ideyalar verir. Biznes sahiblәri vә menecerlәr gәlәcәkdә müvәffәqiyyәt qazanmaq üçün hal-hazırda necә fәaliyyәt göstәrmәk lazım olduğunu bilmәlidirlәr. Operativ şәkildә fәaliyyәt göstәrәn idarәçilәr tәşkilatın nә әldә etmәk istәmәsi vә bu istәyi yerinә yetirmәk üçün nә etmәk lazım olduğu barәdә düşünürlәr. Onlar hәm dә tәşkilat/şirkәt tәrәfindәn nail olunan uğurlara әhәmiyyәtli dәrәcәdә dәyәr qatması üçün resursların yerbәyer edilmәsindә mәsuliyyәtli davranırlar.Strateji hәrәkәt edәn menecerlәr tәşkilatın harada vә hansı formada olmaq istәdiyini vә bunun hәyata keçmәsini tәmin etmәk üçün nә edә bilәcәklәri haqqında düşünürlәr. Onların hansı istiqamәtdә olduqları barәdә geniş baxışları vә “böyük şәkil”-i görmә qabiliyyәtlәri var. Eyni zamanda onlar, birinci - resursların (insanlar vә pul) strategiyanın tәtbiqinә imkan yaratması üçün yerlәşdirilmәsinin planlaşdırılmasına vә ikincisi - bu resursların şirkәtin nail olduqları nәticәlәrә mühüm dәyәr vermәk/әlavә etmәk üçün idarә edilmәsinә cavabdeh, mәsuliyyәtli olduqlarından yaxşı başa düşürlәr. 

Strateji idarәetmәnin 10 yolu

  • İşgüzar (biznes) vә rәqabәt mühitini başa düşmәk;
  • Biznesin mәqsәdlәrindәn vә onun planlarından  xәbәrdar olmaq;
  • İşlәri şirkәtin işgüzar strategiyası ilә әlaqәlәndirmәk;
  • Qurumun/şirkәtin hara getdiyini vә necә getmәk istәyini bilmәk;
  • Strateji planların tәtbiqi;
  • Biznes imkanlarından sәmәrәli istifadә etmәk üçün resurslardan istifadәnin planlaşdırmasını öyrәnmәk;
  • Biznesdә nailiyyәtlәrin әldә edilmәsindә necә iştirak etmәyi vә hәmkarlarının strateji fәaliyyәtlәrini dәstәklәmәyi öyrәnmәk;
  • Uzunmüddәtli inkişafı qabaqcadan görә bilmәk, seçimlәr vә onların nәticәlәri barәdә tәsәvvür yaratmaq;
  • Gündәn-günә zirvәyә doğru qalxmaq;
  • Mövcud vә gәlәcәk vәziyyәti öyrәnmәk.