Şifrәni unutmusunuz?
 
× Bağlayın Təmizləyin
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.
 
× Bağlayın Göndәr Təmizləyin

Namİzәd - Vüqar Ağayev, ID: C004059
Dərc Olunma Tarixi: Fevral 10, 2017

Paylaşmaq:

Şəxsİ Məlumatlar

Vüqar
Məmməd Həsən oğlu
Ağayev
Kişi
Avqust 07, 1975
Subay
5 ildən artıq
Ali


Әlaqə

Namizədin əlaqə vasitələrini (elektron ünvan və/və ya telefon nömrələrini) görmək üçün qeydiyyatdan keçməlisiniz.

Vəzifə Üstünlükləri

Hüquq
Hüquqşünas
Hüquq
Azərbaycan
Bakı
Razılaşma ilə

Təhsil

Xəzər Universiteti
Hüquq
Bakalavr
Hüquqşünas
Sentyabr 1993
-
Iyun 1998
Doldurulmayıb

İş Təcrübəsi

"PHOENİX CA" MMC
Hüquq məsləhətçisi
Azərbaycan
Bakı
Avqust 2015
-
Hal hazırda
• Müqavilələrin müstəqil tərtib edilməsi və təqdim edilmiş müqavilələrin hüquqi ekspertizası; müqavilələrin bağlanılması və icrası ilə bağlı digər sənədlərin hüquqi ekspertizası;
• Pretenziya və iddiaların hazırlanması, şirkətə qarşı verilmiş pretenziya və iddialara protestlərin verilməsi və təhlili, məhkəmələrdə təmsilçilik;
• Daxili qayda, prosedur, təlimatlar və digər sənədlərin hazırlanması; hazırlanan qayda, prosedur, təlimatlar və digər sənədlərin hüquqi ekspertizası; əmr, qayda, prosedur, təlimatlar və digər sənədlərin mövcud qanunveriliyə uyğunluğunun yoxlanılması;
• Təsis və normativ sənədlərin saxlanılması, şirkətin idarəetmə və nəzarət orqanlarının qərarlarının hazırlanması, bu qərarların icrasına nəzarətin təşkil edilməsi;
• Əmək müqavilələrinin hazırlanması və saxlanılması, işçilər tərəfindən mümkün vurula biləcək zərərlərin qarşısının alınmasında iştirak, müvafiq əmr, sərəncam və göstərişlərin hüquqi ekspertizası

“DəmirBank” ASC
Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri – departament direktorunun müavini
Azərbaycan
Bakı
Avqust 2008
-
Hal hazırda
Strateji İnkişaf Departamenti, Şöbə müdiri – departament direktorunun müavini
Bankda yeni qurulmuş Layihələrin İdarə Edilməsi şöbəsinin metodoloji və praktiki tərəflərinin qurulması nəticəsində bir sıra layihələrin uğurlu tətbiqi: “Ocean” kart prossesinq mərkəzi, Mobil Bankçılıq, İnternet Bankçılıq, Time Sheet, “Fenix kart” taksit kart, Korporativ İnternet səhifə, Terminallar şəbəkəsinin təkmilləşdirilməsi, genişləndirilməsi.
Əməliyyatların Konfiqurasiyası Departamentinin Direktor müavini
Hüquqi ekzpertizanın həyata keçirilməsi və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə yanaşı SAP və GNİ proqramlarının konfiqurasiyasının və tətbiqinin idarə edilməsi;
Tətbiqdən sonrakı dəstək və bankdaxili qayda və prosedurların uyğunlaşdırılması ilə SAP və GNİ bank proqramlarının tətbiqi zamanı dəyişikliklərin uğurlu idarə edilməsi;
SAP CRM, BCM, CA, DM modullarının, GNI Kredit və Təminat modullarının uğurlu tətbiqi
Kredit Departmenti, Şöbə müdiri (kreditlərin arxa ofisi, ilkin hüquqi ekspertiza və dəstək)
Mikro və istehlak kreditləri portfelinin artması və kreditlərin verilmə müddətinin optimizasiyası nəticəsində əməliyyat xərclərinin azalması, sənədləşdirilmə ilə bağlı biznes proseslərin və metodologiyanın təhlil edilməsi və dəyişdirilməsi;
Bazar tələblərini izləyərək kredit, lizinq, təminatlarla bağlı müqavilələrin, sənədləşmənin hazırlanması, ekspertizası və biznes proseslərin dəyişdirilməsi;
Maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin yerləşdirilməsi ilə bağlı danışıqların aparılması, sənədləşmənin təmin edilməsi, dövrü hesabatlıqlarının hazırlanması;
Bankın struktur bölmələri və üçüncü şəxslər tərəfindən verilmiş müqavilələrin hüquqi ekspertizası, müstəqil olaraq müqavilələrin hazırlanması;
Mikrokreditlər portfelinin 5 milyon ABŞ dolları məbləğində artımı ilə nəticələnən “Qrup kreditləri” layihəsinin uğurla idarə edilməsi, tətbiqi;
Kredit üzrə arxa ofis mütəxəssisləri şəbəkəsinin və kredit menecerlərinin idarə edilməsi

«Dialoq» hüquq şirkəti
Hüquqşünas
Azərbaycan
Bakı
May 2006
-
Yanvar 2007
• İddia, pretenziya və müqavilələrin hazırlanması, təmsilçilik qaydasında yaranmış mübahisələrin məhkəmlərdə, dövlət orqanlarında və özəl müəssisələrdə həll edilməsi;
• Şirkətlərin yaradılmasında hüquqi yardım, şirkətlərin nizamnamələrinin hazırlanması;
• Hüquqi məsləhətlərin verilməsi

«AGLeasing» QSC
Hüquqşünas
Azərbaycan
Bakı
Dekabr 2007
-
Iyul 2008
• Müqavilələrin hazırlanması sahəsində – müqavilələrin müstəqil tərtib edilməsi və struktur bölmələr və üçüncü şəxslər tərfindən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizası; müqavilələrin bağlanılması və icrası ilə bağlı digər sənədlərin hüquqi ekspertizası;
• Pretenziya və iddia sahəsində – pretenziya və iddia hazırlanması, şirkətə qarşı verilmiş pretenziya və iddialara protestlərin verilməsi və təhlili, məhkəmələrdə təmsilçilik;
• Sənədləşmə sahəsində – daxili qayda, prosedur, təlimatlar və digər sənədlərin hazırlanması; struktur bölmələr, vəzifəli şəxslər və səhmdarlar tərəfindən hazırlanan qayda, prosedur, təlimatlar və digər sənədlərin hüquqi ekspertizası; əmr, qayda, prosedur, təlimatlar və digər sənədlərin mövcud qanunveriliyə uyğunluğunun yoxlanılması;
• Korporativ idarəetmə sahəsində – təsis və normativ sənədlərin saxlanılması, müstəqil və digər struktur bölmələrlə müşahidə şurasının və idarə heyətinin qərarlarının hazırlanması, bu qərarların icrasına nəzarətin təşkil edilməsi;
• İnsan resurslarının idarə edilməsi sahəsində – əmək müqavilələrinin hazırlanması və saxlanılması, işçilər tərəfindən mümkün vurula biləcək zərərlərin qarşısının alınmasında iştirak, müvafiq əmr, sərəncam və göstərişlərin hüquqi ekspertizası

Bacarıqlar

Rus (mükəmməl), İngilis (əla), Türk (əla)
Microsoft Office, Microsoft Outlook, Microsoft Project

Әlavə Məlumat

Təlim və Seminarlar:
Azərbaycan Bank Tədris Mərkəzi – Bank işi üzrə Vergi Qanunvericiliyi; Problemli Kreditlərin İdarə Edilməsi; Kreditlərin İdarə Edilməsi; Bankın Filial Menceri; Ümumi İdarəetmə; Bank Filialının Büdcəsinin Planlaşdırılması; Bankın Filialında Satışların və Müştəri Xidmətlərinin Təşkili
Beynəlxalq Maliyyə Korporasiyası – Gecikmələrin və Risklərin İdarə Edilməsi
GDG Professionals – Təlimçilər üçün Təlim